BAKI, 16 iyun. TELEQRAF

“Mən başqa ölkələrdə, xüsusən də İranda hakimiyyət dəyişikliyi cəhdlərinin effektivliyinə inanmıram”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Mən hakimiyyət dəyişikliyinə inanmıram, uzun illər ərzində belə dəyişikliklərin şahidi olmuşam. Bunlar heç vaxt nəticə vermir. Bu, öz-özlüyündə baş verməlidir”, - Amerika lideri bildirib.

Donald Tramp əlavə edib ki, hakimiyyət dəyişikliyi heç vaxt onun üçün prioritet və bu ideya ümumiyyətlə planına daxil olmayıb.

ABŞ Prezidenti həmçinin artıq İranda hakimiyyət dəyişikliyinin baş verdiyini, ölkənin hazırkı rəhbərliyinin daha ağıllı və mötədil olduğunu iddia edib.

“İndi çox ağıllı və işləməyi xoşladığım insanlarla işləyirik. Onlar güclü və ağıllı insanlardır”.

Amerika liderinin sözlərinə görə, hazırkı rəhbərlik (İranın ali rəhbəri Müctəba Xamenei və komandası) sələflərindən (keçmiş ali rəhbər Əli Xameneidən) daha az radikaldır və ölkə üçün faydalı olmağa çalışır.