BAKI, 3 iyun. TELEQRAF

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran Silahlı Qüvvələrinin Amerikanın Bəhreyndəki 5-ci Donanmasının qərargah kompleksinə və hava bazasına zərbələr endirməsi barədə məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un sosial media hesabında bildirilib.

“İranın ABŞ qüvvələrinə qarşı bütün hücumları uğursuz olub. ABŞ ordusu ayıq-sayıqdır və özünü müdafiə etməyə hazırdır”, - açıqlamada qeyd edilib.

ISNA bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 5-ci Donanmanın qərargahına və aviabazaya uğurlu raket və PUA zərbələri endirilməsi barədə açıqlama yaymışdı.