BAKI, 12 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubionu ölkəyə rəhbərlik etmək üçün “ideal namizədlər” adlandırıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu şəxslərin Amerika üçün arzuolunan olduğunu bildirib.

“Bu, ideal olardı. Yeri gəlmişkən, inanıram ki, bu, arzuolunan komandadır, amma bəzi kiçik detallar var”, - Tramp qeyd edib.