BAKI, 28 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın münaqişənin həlli ilə bağlı son təklifini rədd edəcək.
Teleqraf xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasına istinadla məlumat yayıb.
Mənbələr bildiriblər ki, Trampın Tehranın son günlərdə Vaşinqtona təhvil verdiyi planı qəbul etməsi ehtimalı azdır. Qeyd edilib ki, son plan İranın nüvə proqramı ilə bağlı açıq suallar qoyur.
“Al Mayadeen” bundan əvvəl İranın vasitəçi ölkələrə ABŞ ilə danışıqlara dair üç mərhələli plan təqdim etdiyini yazıb. Məlumata görə, Tehran danışıqların birinci mərhələsinin müharibənin bitməsinə, İran və Livana qarşı hərbi əməliyyatların bərpa olunmayacağına dair zəmanətlərin alınmasına həsr olunmasını tələb edir. Müzakirələrin ikinci mərhələsində münaqişə bitdikdən sonra Hörmüz boğazının idarə olunması məsələsi müzakirə olunmalıdır. İranın təklifinə əsasən, üçüncü mərhələdə Tehranın nüvə dosyesi müzakirə olunacaq. İran əvvəlki iki məsələ üzrə razılığa gəlmədən bu məsələnin müzakirəsindən imtina edir.