BAKI, 20 aprel. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens nümayəndə heyəti İranla danışıqlarda iştirak etmək üçün Pakistana yola düşüb, yaxın saatlarda İslamada eniş etmələri gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “The New York Post”a verdiyi müsahibədə bildirib.
“Danışmalıyıq. Ona görə də güman edirəm ki, hazırda heç kim oyun oynamır”, - o deyib.
Tramp qeyd edib ki, Vensin rəhbərlik etdiyi yüksək səviyyəli ABŞ nümayəndə heyətinə xüsusi nümayəndələr Stiven Uitkoff və Cared Kuşner də daxildir.