BAKI, 8 aprel. TELEQRAF

“Tehran Hörmüz boğazını gəmilər üçün açmaq istəyini bildirdikdən sonra ABŞ İranla atəşkəsə razılıq verib”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Prezident Tramp iranlılara ultimatum verib. O, söylədi ki, boğazı açın, qlobal iqtisadiyyatı girov saxlamağı dayandırın, biz də atəşkəs barədə danışıqlara başlayaq. Bu razılaşma bir gecədə əldə edildi. İranlılar boğazı açmağa razılıq verdilər”, - vitse-prezident qeyd edib.