BAKI, 24 fevral. TELEQRAF
“İran razılaşmaya nail olmaq üçün mövcud fürsətdən istifadə etməlidir, çünki bütün variantlar hələ də masadadır”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset deyib.
“İran razılaşmalıdır, bunun üçün imkanı var. Prezident Trampın üstünlük verdiyi variant da məhz budur. Bizim vəzifəmiz seçimlər təqdim etməkdir, prezident üçün müxtəlif variantlarımız olacaq”, - o bildirib.