BAKI, 20 fevral. TELEQRAF
“Tehranın nüvə proqramı ilə bağlı razılaşma yalnız ABŞ-nin İrana hörmət göstərməsi şərtilə əldə edilə bilər”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi deyib.
“İran xalqı ilə hörmətlə danışsanız, biz də eyni şəkildə cavab verəcəyik. Bizimlə güc dilində danışsanız, yenə eyni şəkildə cavab verəcəyik. İranlılar özlərini qürurlu xalq kimi sübut ediblər. Biz yalnız bizə hörmət göstərildikdə cavab veririk. Bizimlə belə danışa, nəticə əldə edə bilərsiniz”, - nazir bildirib.
Abbas Əraqçi əlavə edib ki, nüvə məsələsi üzrə danışıqlarda əsas məsələ tamamilə ABŞ-dən asılıdır.