BAKI, 14 yanvar. TELEQRAF

Donald Trump ABŞ, Kanada və Meksika arasında azad ticarətə dair müddəti başa çatan sazişin gələcəyinin onun üçün əhəmiyyət daşımadığını bildirib.

Teleqraf xəbər verir ki, ABŞ prezidenti bu açıqlamanı "Ford" şirkətinin Miçiqan ştatındakı zavodunda çıxışı zamanı səsləndirib.

“Onun qüvvədə olma müddəti tezliklə bitir və olub-olmamasının fərqi yoxdur. Düşünürəm ki, onlar bunu istəyirlər. Mənə isə, açığı, fərqi yoxdur”, - deyə Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl "Bloomberg" Trampın Venesuela və Qrenlandiya ilə bağlı təhdidlərinin Kanadada narahatlıq doğurduğunu yazmışdı.