BAKI, 14 yanvar. TELEQRAF

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin 2014-cü ildən bu yana Donbas ərazisində baş verən hadisələr nəticəsində 7 mindən artıq mülki şəxsin həyatını itirdiyini bildirib.

Teleqraf xəbər verir ki, o, TASS agentliyinə açıqlamasında qeyd edib ki, bu müddətdə 7 184 mülki şəxs öldürülüb, 21 min nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bastrıkinin sözlərinə görə, zərərçəkmiş qismində tanınan vətəndaşların sayı 132 mindən çoxdur.