BAKI, 8 yanvar. TELEQRAF

“Venesueladakı hərbi əməliyyatlar və Qrenlandiyanı ələ keçirmək barədə açıqlaması ilə ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə daha bir qələbə qazandırdı”.

Teleqraf xəbər verir ki, bunu britaniyalı analitik və hərbi ekspert Maykl Klark “Sky News”a deyib.

Klarkın sözlərinə görə, Qrenlandiya ilə bağlı vəziyyəti həll etməyin yeganə yolu diplomatiyadır:

“Danimarka qarşıdurma istəmir, çünki bu zaman sarsıdıcı məğlubiyyətə uğrayacaq”.

Analitik qeyd edib ki, əgər ABŞ qoşun göndərərsə, qrenlandiyalılar bu barədə praktik olaraq heç nə edə bilməyəcəklər.