BAKI, 12 yanvar. TELEQRAF
“Qrenlandiya müdafiəsiz muxtariyyətə malikdir, onun müdafiəsi iki it sürüsündən ibarətdir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Əslində, Qrenlandiya müdafiəsizdir. Onların cəmi iki it sürüsü var. Bilirsiniz, onların müdafiəsi nədir? İki it sürüsü”, - Amerika lideri qeyd edib.
Tramp vurğulayıb ki, Qrenlandiyaya ABŞ daha çox lazımdır, nəinki onlar ABŞ-yə: “Qrenlandiya ABŞ ilə razılaşmalıdır”.