BAKI, 14 yanvar. TELEQRAF
İsrail hakimiyyəti bir sıra beynəlxalq qurumlarla əlaqələrin dayandırılması barədə qərar qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bildirilir ki, İsrail tərəfi BMT Sivilizasiyalar Alyansı, BMT Energetika təşkilatı və Miqrasiya və İnkişaf üzrə Qlobal Forum ilə münasibətləri kəsmək qərarına gəlib.
Məlumatda qərarın səbəbləri ilə bağlı əlavə detallar açıqlanmayıb.