BAKI, 14 yanvar. TELEQRAF
Belarus Prezidenti Aleksandr Lukaşenko qlobal proseslərin gələcək inkişafını proqnozlaşdırmağın mümkünsüz olduğunu bildirib.
Teleqraf xəbər verir ki, onun sözlərinə görə, böyük həcmdə informasiyaya malik olmasına baxmayaraq, dünyanın hansı istiqamətə yönələcəyini demək çətindir.
“Sizə səmimi deyirəm ki, çoxlu məlumatlara sahib olsam da, bu dəli-dolu, çaşqın dünyanın hara dönəcəyini bilmirəm”, - deyə Lukaşenko "Pul Pervogo" "Telegram" kanalına açıqlamasında vurğulayıb.
Eyni zamanda, 2025-ci ilin yekunlarını dəyərləndirən Belarus lideri ili uğurlu adlandırıb və ölkə vətəndaşlarına birliyə görə təşəkkür edib. Onun sözlərinə görə, məhz bu həmrəylik neqativ ssenarilərin qarşısının alınmasına imkan verib.