BAKI, 14 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun tutulması və ABŞ-yə ekstradisiyası ilə nəticələnən hərbi müdaxiləni qınayanları tənqid edib.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

"Demokratlar deyirlər: "Bilmirəm, Venesuela ilə bağlı bunları etməliydikmi?" Bunu deyən hər kəs ölkəmizə nifrət edir, elə deyilmi? Bu, indiyə qədər baş verən ən mükəmməl hücum idi", - deyə ABŞ Prezidenti bildirib.

O həmçinin Venesuelanın yeni rəhbərliyinin ABŞ-yə nə qədər neft göndərdiyini də qeyd edib:

"Biz milyonlarla barel neft əldə edirik".