BAKI, 13 yanvar. TELEQRAF
İrana qarşı istifadə oluna biləcək genişspektrli proqram - hərbi alətlər və gizli əməliyyatlardan ibarət paket ABŞ Prezidenti Donald Trampa təqdim edilib.
Teleqraf xəbər verir ki, bu barədə CBS ABŞ Müdafiə Nazirliyinin iki rəsmisinə istinadla məlumat yayıb.
Bildirilib ki, bu variantlar adi hava hücumlarından xeyli irəli gedir.
Qeyd edilib ki, prezidentin milli təhlükəsizlik üzrə komandası yanvarın 13-də Ağ Evdə keçiriləcək iclasda İranla bağlı yenilənmiş variantları müzakirə etməyi planlaşdırır.
Hələlik Donald Trampın şəxsən bu iclasda iştirak edib-etməyəcəyi məlum deyil.