BAKI, 13 yanvar. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff həftəsonu 1979-cu ildə devrilmiş İran şahının oğlu Rza Pəhləvi ilə gizlicə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" mənbəyə istinadən məlumat yayıb.

Görüşün təfərrüatı açıqlanmayıb.

Yanvarın 13-də ABŞ Prezidenti Donald Tramp İrandakı etirazçıları hökumət binalarını ələ keçirməyə çağırıb. O, İrandakı etirazçılara kömək edəcəyinə söz verib.