BAKI, 12 yanvar. TELEQRAF

“Ukrayna Prezidenti Volodimir Zelenskinin əlində qalan yeganə kart mənəm”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Onun ilk gündən bəri heç bir kartı olmayıb. İndi onun yalnız bir kartı var - Donald Tramp. Əgər onun Donald Trampı olmasaydı, bütün bu proses tam fəlakətlə nəticələnərdi, o bunu bilir. Avropa liderləri də, hər kəs bunu bilir”, - ABŞ lideri vurğulayıb.