BAKI, 13 yanvar. TELEQRAF
Prezident Donald Tramp ABŞ-nin İrandakı müxalifətə hansı yardımı göstərəcəyini açıqlamaqdan imtina edib.
Teleqraf CNN-ə istinafən xəbər verir ki, Donald Tramp administrasiyasının İran müxalifətinə hansı yardımı göstərməyi planlaşdırdığını açıqlamayıb.
Detroytdakı "Ford" avtomobil zavodunu ziyarət edərkən jurnalistlər Trampdan "Truth Social"dakı paylaşımında nəyi nəzərdə tutduğunu soruşublar.
Həmin paylaşımda Tramp İran müxalifətini dövlət qurumlarını ələ keçirməyə çağırıb və onlara köməyin yolda olduğunu bildirib.
Tramp jurnalistlərin uyğun sualına "bunu öyrənməli olacaqsınız. Bağışlayın", - deyə cavab verib.