QAZAX. 13 yanvar. TELEQRAF

Qazaxda minik avtomobili "TIR" markalı yük maşını ilə toqquşub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Qazaxbəyli kəndində qeydə alınan hadisə zamanı minik avtomobilində olan bir nəfər həyatını itirib.

Hadisə yerinə polis və təcili yardım avtomobili cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.