BAKI, 22 dekabr. TELEQRAF
Yaxın 15 il ərzində Avropanın nüvə silahına malik ölkələrindən birində İslam fundamentalizminin tərəfdarı olan bir şəxs ciddi siyasi təsir əldə edə bilər və bu, ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid olacaq.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.
“Düşünürəm ki, məsələn, hazırda Avropa ölkələrində islamçıları dəstəkləyən və ya onlara yaxın olan insanlar var. İndi bəlkə də çox aşağı səviyyədədir, mer və bələdiyyə seçkilərində qalib gəlirlər. Amma belə bir ssenarini təsəvvür etmək çətin deyil: islamçı baxışlara yaxın bir şəxs Avropanın nüvə silahına malik ölkələrindən birində kifayət qədər böyük təsir əldə edə bilər. Yaxın 5 ildə? Xeyr. 15 il sonra? Tamamilə mümkündür. Bu, ABŞ üçün birbaşa təhlükədir”, - o bildirib.