BAKI, 12 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp siyasi fəal Çarli Kirkin qatilinin cəza olaraq edam cəzasına məhkum ediləcəyinə ümid etdiyini bildirib.
Teleqraf xəbər verir ki, bunu Amerika lideri “Fox News” telekanalına müsahibəsində deyib.
“Ümid edirəm ki, onun təqsiri sübuta yetiriləcək və ölüm cəzası alacaq”, - Tramp bildirib.
ABŞ prezidenti artıq həmin şəxsin saxlanıldığını da açıqlayıb.
Xatırladaq ki, amerikalı siyasi fəal və Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 10-da Yuta Universitetində çıxışı zamanı güllələnib.