
BAKI, 7 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, iş adamı İlon Maskla bağlı kabinetinə tapşırıq verib.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumatlı mənbələrə istinadla bildirib.
Tramp dövlət qurumlarının rəhbərlərinə deyib: “Siz İlon Maska yox, öz departamentlərinizə cavabdehsiniz”.
Qeyd edilir ki, dövlət qulluqçularının kütləvi şəkildə ixtisar edilməsindən sonra ABŞ prezidenti İlon Maskın səlahiyyətlərini məhdudlaşdırıb.
Mask bundan sonra qurumlarda kadr dəyişiklikləri ilə bağlı təkbaşına qərar verə bilməyəcək, indi o, sadəcə qurumlara göstəriş vermək hüququna malikdir.
Bildirilir ki, Mask Trampla razılaşıb və Hökumətin Səmərəliliyi Departamentinin bəzi səhvlərə yol verdiyini etiraf edib.
Tramp vurğulayıb ki, o, hökumətdə yaxşı insanları saxlamaq və bacarıqlı işçilərin kütləvi şəkildə işdən çıxarılmasının qarşısını almaq istəyir.