.jpg)
BAKI, 20 fevral. TELEQRAF
Vaşinqton administrasiyası amerikalı sahibkar İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) tədbirləri nəticəsində qənaət edilmiş vəsaitin bir hissəsini ABŞ-nin dövlət borcunu ödəmək üçün istifadə etmək imkanını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp çıxışı zamanı deyib.
"DOGE tərəfindən qənaət edilən pulun 20%-ni Amerika vətəndaşlarına verilməsi, digər 20%-nin isə borcların ödənilməsinə xərclənməsi imkanları nəzərdən keçirilir", - Tramp bildirib.
Tramp deyib ki, Mask çox güvənli, ciddi insandır, onun çox yüksək IQ-sü var.
"Onun çatışmazlıqları da var, amma çox deyil. Mask və onun departamenti büdcə vəsaitlərinin səmərəsiz xərclənməsinə, saxtakarlıq və sui-istifadəyə qarşı real müharibə aparır, inflyasiyanın sürətini azaldır və hər gün milyardlarla dollara qənaət edir”.