
BAKI, 14 fevral. TELEQRAF
"ABŞ-yə ixrac etdiyi məhsullara 100% rüsum tətbiq etmək təhdidlərindən sonra BRİKS siyasi olaraq öldü”.
Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“BRİKS oyun oynamaq istəsə, bu ölkələr bizimlə ticarət etməyəcək. Biz onlarla ticarət etməyəcəyik. Əgər ticarət baş tutacaqsa, bu, ən azı 100 faiz tarifi olacaq. BRİKS öldü, çünki mən bunu demişəm, BRİKS mənim dediyim dəqiqə ölüb”, - Tramp bildirib.
Tramp BRİKS-in Amerika dollarına alternativ valyuta yaratmaq istəyini tənqid edib.