BAKI, 3 noyabr. TELEQRAF
İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migel noyabrın 2-də “Andorra” ilə oyunda aldığı zədədən sonra bu gün vəfat edib.
Teleqraf xəbər verir ki, klub 29 yaşlı futbolçunun ölümü barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, qarşılaşmanın son dəqiqələrində Xesus de Migel rəqib komandanın qapıçısı Xesus Ovononun müdaxiləsindən sonra ağır zədə alıb. Hər iki futbolçu meydanda top uğrunda mübarizə apararkən toqquşub. Zərbədən sonra huşunu itirən hücumçuya dərhal tibbi yardım göstərilib və o, təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Hadisə səbəbindən qarşılaşma 108-ci dəqiqədə dayandırılıb. İlkin olaraq xəstəxanada nəzarət altında saxlanılan futbolçunun vəziyyəti gecə saatlarında nevroloji baxımdan pisləşib.
Qeyd edək ki, Xesus de Migel 2025-ci ildə “Tenerife”yə transfer olunub. Oyunçu evli olub və bir yaşlı qızı var idi.