BAKI, 2 noyabr. TELEQRAF
Azərbaycan futbol hakimi Kamal Umudlu və hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti beynəlxalq təyinatlar alıblar.
Teleqraf xəbər verir ki, FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının oyununu idarə edəcək.
31 yaşlı hakim İspaniyada keçiriləcək “Vilyarreal” (İspaniya) və PSJ (Fransa) komandalarının U-19 kollektivləri arasında görüşdə iş başında olacaq. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə ispaniyalı Borxa Qixarro Kolomer yerinə yetirəcək.
Babək Quliyev Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsi çərçivəsində keçiriləcək “Göztəpə” (Türkiyə) – “AZ Alkmaar” (Niderland) matçında hakim-inspektor olacaq.
Qeyd edək ki, “Vilyarreal” – PSJ oyunu noyabrın 3-də Bakı vaxtı ilə saat 16:00-da, “Göztəpə” – “AZ Alkmaar” qarşılaşması isə həmin gün Türkiyənin İzmir şəhərindəki “Bornova” stadionunda keçiriləcək.