BAKI, 2 noyabr. TELEQRAF
BMT-nin Baş katibi Antonio Quterreş Ukrayna ilə Rusiya arasında münaqişənin yaxın perspektivdə həll olunacağını gözləmir.
Teleqraf xəbər verir ki, bu barədə A.Quterreş İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.
"ABŞ-nin Ukrayna-Rusiya münaqişəsi ilə bağlı mövqeyinin, məncə, yanlış olduğu aydın görünür. Münaqişənin yaxın perspektivdə həllini görmürəm", - o qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl amerikalı jurnalist Benni Consona müsahibəsində Ukrayna münaqişəsi ilə bağlı sülh sazişinin yaxınlaşdığını bildirib.