BAKI, 6 oktyabr. TELEQRAF
“İran heç bir şəkildə sanksiyalardan narahat deyil və ölkə sanksiyalara qarşı bərkiyib”.
Teleqraf xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmmədrza Arif deyib.
“İnqilabın əvvəlində hamımız dua edirdik ki, kaş ölkənin nefti olmayaydı ki, inkişaf edə bilsin. Çünki belə bir təsəvvür var idi ki, neft bizi tənbəlləşdirir”, - o vurğulayıb.
Arif qeyd edib ki, büdcənin neftdən asılılığı sıfır olmalıydı, inkişaf planlarına bu istiqamətdə siyasət daxil edilmişdi.
İranın vitse-prezidenti hazırkı durumla bağlı isə bildirib:
“Hər bir idarəetmə dəyişikliyi sıçrayış xarakterli dönüş üçün zəmin yarada bilər. Neft sənayesinin inkişaf proqramları gecikməməlidir və təzyiqin artırılması layihələri, eləcə də yataqların inkişafı daha sürətlə həyata keçirilməlidir”.