BAKI, 6 oktyabr. TELEQRAF
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili Bəkir Bozdağ səhhətində yaranan problemlər səbəbilə parlament sədrinin müavini vəzifəsindən istefa verib.
Teleqraf xəbər verir ki, o, istefa qərarının səhhəti ilə əlaqədar olduğunu bildirib.
Bozdağın istefasından sonra sədr müavini vəzifəsi üçün AKP fraksiyası yeni səsvermə keçirəcək.