BAKI, 14 sentyabr. TELEQRAF
Yəmənin üsyançı “Ənsarallah” Hərəkatı (husilər) Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Xamis-Muşaytdakı bazasına ballistik raketlər və dronlarla zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə husilərin sözçüsü Yəhya Sariyə məlumat verib.
“Yəmən Silahlı Qüvvələri (“Ənsarallah”) Xamis-Muşaytda Kral Xalid adına aviabazada hərbi obyektlərə və infrastruktura, aviasiya anqarlarına, radar sistemlərinə, uçuş-enmə zolaqlarına, sursat anbarlarına və digər hədəflərə qarşı yönəlmiş genişmiqyaslı əməliyyat keçirib”, - o bildirib.
Yəhya Sariyə əlavə edib ki, hücum zamanı onlarla ballistik raket və drondan istifadə olunub.