BAKI, 4 noyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda növbəti oyunlar keçiriləcək.
Teleqraf xəbər verir ki, tur çərçivəsində daha 9 qarşılaşma baş tutacaq.
Günün maraqla gözlənilən qarşılaşmalarından birində Türkiyə təmsilçisi "Fənərbağça" öz meydanında İngiltərənin "Liverpul" klubunu qəbul edəcək. "Sabah"ın Çempionlar Liqasındakı rəqiblərindən olan "Napoli" Portuqaliyada "Portu"nun, "Arsenal" isə Çexiyada "Slaviya"nın qonağı olacaq.
Günün digər diqqətçəkən matçlarında "Real Madrid" Yunanıstanda "AEK"-i, "Mançester Siti" isə Almaniyada "RB Leypziq"i sınağa çəkəcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
21:45
AEK (Yunanıstan) – "Real Madrid" (İspaniya)
"Fənərbağça" (Türkiyə) – "Liverpul" (İngiltərə)
00:00
"Borussiya" (Dortmund, Almaniya) – "Betis" (İspaniya)
"Portu" (Portuqaliya) – "Napoli" (İtaliya)
"Lans" (Fransa) – "Komo" (İtaliya)
PSV (Niderland) – "Brügge" (Belçika)
"RB Leypziq" (Almaniya) – "Mançester Siti" (İngiltərə)
"Slaviya" (Çexiya) – "Arsenal" (İngiltərə)
"Vikinq" (Norveç) – "Sabah" (Azərbaycan).