BAKI, 4 noyabr. TELEQRAF
İspaniyanın nəqliyyat naziri Oskar Puente Toledo əyalətində baş vermiş ağır dəmir yolu qəzasından sonra istefa verdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın “Cadena SER” radiostansiyası məlumat yayıb.
Nazir qərarını faciə qurbanları qarşısında siyasi məsuliyyət və həmrəylik hissi ilə əlaqələndirib.
“Bu, siyasi ləyaqət və qurbanlara qarşı həssaslıq məsələsidir”, – Puente bildirib.
Qeyd edək ki, oktyabrın 28-də səhər saatlarında Madrid-Sevilya marşrutu üzrə hərəkət edən AVE sürət qatarı ilə “Iryo” şirkətinə məxsus qatar Toledo əyalətinin Urda stansiyasının girişində toqquşub.
Son məlumatlara əsasən, qəza nəticəsində 69 nəfər həlak olub, 100-dən çox insan xəsarət alıb.
Puente Konqresdəki çıxışında bir ildən az müddətdə iki ağır dəmir yolu qəzasının baş verməsindən sonra vəzifəsində qala bilməyəcəyini bildirib. O, həmçinin noyabrın 29-da keçiriləcək seçkilərdə Sosialist İşçi Partiyasının namizədlər siyahısında yer almaqdan imtina edib.