BAKI, 4 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Konqresə keçirilən aralıq seçkilərin nəticələrini qəbul etməyə və demokratlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp “The New York Times” (NYT) qəzetinə açıqlamasında danışıb.
ABŞ lideri seçkilərin nəticələrini qəbul edəcəyini və Konqresdə Demokratlar Partiyasının nümayəndələri ilə işləməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkilər keçirilib. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435, Senatın isə 35 üzvü müəyyənləşdirilir.
Səslərin hesablanması davam edir.