BAKI, 4 noyabr. TELEQRAF

İstanbul klubu “Qalatasaray” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda doğma meydanda Almaniyanın “Ştutqart” klubunu 2:0 hesabı ilə məğlub edib.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisinin heyətində Aleksey Batrakov dubl edib.

Məlumata görə, Batrakov Çempionlar Liqasının bir mövsümündə 4 qol həddinə çatan Artyom Dzyubadan sonra bunu bacaran ilk rusiyalı futbolçu olub. O, həmçinin turnirdə əcnəbi klubun formasını geyinərək bu göstəriciyə çatan ilk rusiyalı kimi tarixə düşüb.

Qeyd edək ki, Batrakov ötən yay “Qalatasaray”a transfer olunub. İstanbul klubu 25 milyon avro qarşılığında Moskva “Lokomotiv”indən aldığı futbolçu ilə 5 illik müqavilə imzalayıb.