BAKI, 23 oktyabr. TELEQRAF
Hesablama Palatasının auditoru Hafiz Mahir oğlu İsmayılbəylinin səlahiyyət müddətinin uzadılması məsələsi Milli Məclisin plenar iclasında qəbul edilib.
Teleqraf xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin plenar iclasında müzakirə edilib.
O, Milli Məclisin 22 oktyabr 2019-cu il tarixli qərarına əsasən auditor təyin edilib, eyni zamanda Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisidir.
Hazırda Palatanın 5 auditoru var.