BAKI, 19 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası hesab edir ki, Oman İranla Hörmüz boğazına nəzarət məsələsi üzrə danışıqlarda həddindən artıq güzəştlərə gedib.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi mənbələrə istinadla məlumat yayıb.
ABŞ İran və Oman arasında razılaşdırılmış sazişlərin bir hissəsi ilə razı deyil. Xüsusilə, Vaşinqton iki ölkənin Hörmüz boğazına giriş-çıxışa birgə nəzarət etməsi və gəmilərdən tranzit haqqı tutulması barədə razılaşmadan narazıdır. Ağ Ev hesab edir ki, Oman İranla danışıqlarda kifayət qədər sərt mövqe nümayiş etdirməyib.
Avqustun 17-də Donald Tramp Omandan narazılığını ifadə edərək, Oman İranla ABŞ arasındakı münaqişənin nizamlanmasına mane olacağı təqdirdə sultanlığı cəhənnəmə çevrilənədək bombalamaqla hədələyib.