BAKI, 12 avqust. TELEQRAF

İranın strateji prioriteti nüvə proqramından Hörmüz boğazına yönəlib.

Teleqraf xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

ABŞ hərbi kəşfiyyatına görə, Vaşinqton Hörmüz boğazını açmaq və ya ələ keçirmək üçün hərbi gücdən istifadə edə bilər, amma belə bir əməliyyat uzunmüddətli və ölümcül olacaq və baha başa gələcək, üstəlik uğurlu olacağına zəmanət yoxdur.

ABŞ rəsmisi telekanala bildirib: “Ordunun bu əməliyyat üçün hazırladığı planlar göstərir ki, Prezident Tramp əmr verəcəyi təqdirdə çoxlu sayda amerikalı hərbçi yaralana və ya həlak ola bilər”.

Avropa və ərəb ölkələrinin rəsmilərinin fikrincə, Hörmüz boğazının ABŞ-nin hərbi müdaxiləsi ilə zorla açılmasının uzunmüddətli və təhlükəli əməliyyat olacağı barədə bu qiymətləndirmə ilə razıdırlar. Onların sözlərinə görə, belə bir əməliyyat ABŞ hərbi gəmilərinin qanadlı raketlər və ya dronlarla hədəfə alınmasına səbəb ola bilər.

Rəsmilər həmçinin bildiriblər ki, ABŞ-nin hərbi əməliyyatı neft qiymətlərinin daha da yüksəlməsinə səbəb ola bilər və bununla yanaşı, qələbəyə heç bir zəmanət verilmir: “ABŞ-nin Avropa və Yaxın Şərqdəki müttəfiqləri hələ müharibə zamanı bu mövqelərini Vaşinqtona çatdırıblar”.

ABŞ administrasiyasının bir rəsmisi də bu məsələ ilə bağlı “NBC News”a verdiyi açıqlamada deyib: “Prezident Trampın da söylədiyi kimi, Hörmüz boğazı tamamilə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir və blokadamız altındadır. Biz istəmədikcə, İran İslam Respublikasına heç nə çatmayacaq və razılaşma əldə olunmayana və ya tam kapitulyasiya baş verməyənədək bu marşrutdan heç nə keçməyəcək”.