BAKI, 4 avqust. TELEQRAF
ABŞ və İran arasında münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda ciddi irəliləyiş əldə olunub.
Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi bəyan edib.
O bildirib ki, tərəflər arasında təmaslar hazırda da davam edir və ABŞ ilə İran vasitəçilər vasitəsilə razılaşma sənədlərini bir-birinə ötürürlər.
Qətər rəsmisi vurğulayıb ki, vasitəçilərin əsas məqsədi Hörmüz boğazını gəmilərin üzünə yenidən açmaq və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaqdır.