BAKI, 4 avqust. TELEQRAF
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən ABŞ hərbi bazasına pilotsuz təyyarələrlə hücum edib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, hərbi bazaya ən azı 3 dron atılıb.
Məlumata görə, hücumdan sonra ərazidə partlayış səsləri eşidilib.
Hadisə nəticəsində xəsarət alanlar və ya dəyən ziyan barədə ABŞ tərəfindən hələlik rəsmi açıqlama verilməyib.