BAKI, 3 avqust. TELEQRAF

İran ABŞ ilə heç bir danışıqlar aparmır.

Teleqrafr xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirib.

Onun sözlərinə görə, rəsmi Tehran hazırda yalnız Omanla müzakirələr aparır:

"Bu danışıqlarda əsas məqsəd gəmilərin Hürmüz boğazından təhlükəsiz gediş-gəlişini təmin edəcək yeni razılaşma əldə etməkdir".