BAKI, 31 iyul. TELEQRAF

Yəmənin “Ənsarallah” Hərəkatının (Husilərin) hərbi fəaliyyətləri səbəbindən iyulun 21-dən etibarən Bab əl-Məndəb boğazından daşımaların həcmi ötən ayın eyni dövrü ilə müqayisədə 30 faiz azalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) Böyük Britaniyanın “Ambrey” dənziçilik şirkətinin məlumatlarına istinadla bildirib.

Şirkətin məlumatına görə, bu müddət ərzində husilərdən qaynaqlanan risklər səbəbindən ən azı 10 ticarət gəmisi boğaza çatmamış marşrutunu dəyişərək geri qayıdıb.

İyulun 20-də “Ənsarallah”ın sözçüsü Yəhya Səriya Səudiyyə Ərəbistanına qarşı dəniz blokadasının tətbiq edildiyini açıqlayıb. Ər-Riyad bununla əlaqədar Bab əl-Məndəb boğazında ticarət gəmilərinin mühafizəsi üçün tədbirlərin həyata keçirilməsinə başladığını bəyan edib. Ardınca husilər krallığın blokadanı pozmasına cavab olaraq raket və dronlarla Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə zərbələr endiriblər.

İyulun 30-da Ər-Riyadda Səudiyyə Ərəbistanının beynəlxalq gəmiçiliyin qorunması məqsədilə çoxmillətli dəniz müdafiə koalisiyasının yaradılması təşəbbüsünə həsr olunmuş Baş Qərargah rəislərinin və hərbi nümayəndələrin iclası keçirilib. Toplantıda 43 dövlətin nümayəndələri iştirak edib.