BAKI, 24 iyul. TELEQRAF

İran Silahlı Qüvvələri səhər saatlarında Bəhreyn və İordaniyada yerləşən ABŞ hərbi obyektlərinə dronlarla hücumlar həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə İran ordusu məlumat yayıb.

Bildirilib ki, Bəhreyndəki Şeyx İsa aviabazasında ABŞ ordusuna məxsus yanacaq anbarları, iri avadanlıq anbarları, texniki obyektlər və hərbçilərin yerləşdiyi məntəqələr PUA zərbələrinin hədəfi olub.

İran ordusu həmçinin qeyd edib ki, İordaniyanın Əl-Əzraq aviabazasında ABŞ hərbi təyyarələrinin anqarları, texniki xidmət obyektləri və şəxsi heyətin yerləşdiyi ərazilərə də dronlarla hücum edilib.

ABŞ, İordaniya və Bəhreyn İranın bu iddialarına dair hələlik rəsmi açıqlama verməyib.