BAKI, 22 iyul. TELEQRAF

Pakistan Səudiyyə Ərəbistanını Yaxın Şərq münaqişəsinə cəlb etmək cəhdlərindən narahatdır və Yəmənin üsyançı "Ənsar Allah" hərəkatının husilərinin Ər-Riyada qarşı hədqələrini pisləyir.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bildirilib ki, Pakistan husilərin Səudiyyə Ərəbistanı Krallığına və Qırmızı dənizdə ticarət gəmiçiliyinə qarşı davam edən təhdidlərini birmənalı şəkildə qınayır.

İslamabadın Səudiyyə Ərəbistanı Krallığını Yaxın Şərq münaqişəsinə cəlb etmək cəhdlərindən dərin narahatlıq keçirdiyi vurğulanıb.

Qeyd edilib ki, Pakistan bayrağı altında üzən gəmilərə və ya Pakistanın dəniz maraqlarına qarşı hər hansı düşmən hərəkəti ölkənin milli təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndiriləcək.