BAKI, 29 iyun. TELEQRAF
“İranın ABŞ ilə danışıqlarda mövqeyi aydınlaşdırılana qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) istənilən əməkdaşlıq faydasızdır”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədəh Hüseyn Maliki deyib.
Deputat həmçinin AEBA-nın baş direktoru Rafael Qrossinin ölkəsinə qarşı açıqlamalarına istinad edərək, onun İrana girişinin qadağan edilməsinə çağırıb.
Maliki danışıqların nəticələri və ya agentliklə əməkdaşlığın dayandırılması üçün mümkün çərçivə ilə nəyi nəzərdə tutduğu barədə əlavə izahat verməyib.