BAKI, 25 iyun. TELEQRAF

Türkiyənin Malatya vilayətində yerləşən Kürecik bazasında Almaniyaya məxsus "Patriot" hava hücumundan müdafiə sistemi dislokasiya olunub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk brifinqdə bildirib.

"Almaniya istehsalı olan sistem iyunun 24-də həmin ərazidə yerləşən ABŞ-yə məxsus "Patriot" hava hücumundan müdafiə sistemindən vəzifə səlahiyyətlərini təhvil alıb",- o qeyd edib.