BAKI, 20 may. TELEQRAF

Almaniya NATO-nun Türkiyədə yerləşdirdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərindən birini dəyişdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

“Ölkəmizdə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi üzrə fəaliyyətlər müttəfiq ölkələrlə koordinasiyalı şəkildə planlaşdırılır və mövcud təhlükəsizlik vəziyyəti çərçivəsində mütəmadi olaraq qiymətləndirilir. Ölkəmizdə xidmət edən İspaniyaya məxsus “Patriot” hava hücumundan müdafiə sistemi ilə yanaşı, ABŞ-İsrail və İran arasında baş verən münaqişə səbəbindən NATO tərəfindən yerləşdirilən əlavə iki “Patriot” sistemindən biri Almaniya tərəfindən dəyişdiriləcək.

Həmin dəyişikliklərin iyun ayı ərzində tamamlanması planlaşdırılır və müvafiq sistemin təxminən altı ay müddətində xidmət göstərməsi nəzərdə tutulur. Proses mövcud təhlükəsizlik qiymətləndirmələrinə uyğun olaraq müttəfiqlərlə koordinasiyada davam etdiriləcək”, - MN rəsmisi vurğulayıb.