BAKI, 1 may. TELEQRAF

BƏƏ və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsi sonda tammiqyaslı müharibəyə çevrilə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Junge Welt” yazıb.

“BƏƏ-nin OPEC-dən çıxmaq planı Ərəbistan yarımadasında gərginliyi daha da artıra bilər. Bunun birbaşa səbəbi Səudiyyə Ərəbistanı ilə iqtisadi fikir ayrılıqlarıdır. Əbu-Dabi gələcəkdə daha çox neft satmaq istəyir və əsasən Ər-Riyad tərəfindən müəyyən edilən OPEC istehsal kvotaları ilə həddindən artıq məhdudlaşdığını hiss edir”, - mənbə bildirib.

Məqalədə ölkələr arasında xarici siyasətdəki fərqlərə də toxunulub:

“İran-İraq müharibəsinin əvvəlində İrana qarşı birgə müdafiə gərginliyi maskalayırdış Amma vziyyət sonda yenidən gərginləşib, çünki Əbu-Dabidə İsrail və ABŞ ilə daha sıx əməkdaşlığı möhkəmləndirir, Ər-Riyadda isə sabitliyi bərpa etmək üçün İranla kompromis axtarırlar”.