BAKI, 15 aprel. TELEQRAF
“ABŞ hərbi qüvvələri İran limanlarının blokadasını tam şəkildə həyata keçirərək, Yaxın Şərq sularında üstünlüyünü qoruyub saxlayır”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) baş komandanı admiral Bred Kuper deyib.
“İran iqtisadiyyatının 90 faizinin beynəlxalq dəniz ticarəti vasitəsilə təmin olunduğu təxmin edilir. Blokadanın tətbiqindən 36 saatdan az müddət sonra ABŞ qüvvələri İranın dəniz yolu ilə həyata keçirilən bütün idxal və ixrac ticarətini tamamilə dayandırıb”, - admiral bildirib.
Bred Kuper əlavə edib ki, ABŞ ordusu İran limanlarını uğurla bloklayıb.