BAKI, 14 aprel. TELEQRAF

Gələn həftə Pakistanda ABŞ və İran arasında danışıqların keçirilməsi ilə bağlı hansısa razılaşma yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə İranın IRNA informasiya agentliyi məlumat yayıb.

Həmçinin mənbə qeyd edib ki, İran və Pakistan mesaj mübadiləsini davam etdirir.

Xatırladaq ki, “Reuters” agentliyi bundan əvvəl ABŞ və İran nümayəndə heyətlərinin bu həftəsonu və ya gələn həftə İslamabadda görüşəcəklərinə dair məlumat yaymışdı.

Tərəflər arasında aprelin 11-də keçirilən danışıqların ilk raundu nəticəsiz yekunlaşmışdı.